Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Azərbaycan idmançılarına 500 min dollarlıq cərimə


-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) ötən il Azərbaycanın ağırlıqqaldırma üzrə 9 idmançısının dopinq qəbul etdiyinin təsdiqlənməsinə görə Azərbaycanı 500 min dollar məbləğində cərimə edib.

Mənzil-qərargahı Budapeştdə yerləşən IWF çərşənbə axşamı açıqlama yayaraq bildirib ki, dopinq qalmaqalına baxmayaraq, Federasiyanın icraçı orqanı özünün “günahsız atletləri cəzalandırmamaq” siyasətindən çıxış edərək, Azərbaycanın Ağırlıqaldırma Federasiyasını yarışlardan kənarlaşdırmamaq qərarına gəlib.

Azərbaycanın 5 kişi və 4 qadın ağırlıqqaldırıcısı 2013-cü ildə dopinq testində pozitiv nəticə göstərib. Onların əksəriyyəti 2 il müddətinə yarışlardan kənarlaşdırılıb. Avropa çempionatlarında 3 medal qazanmış və bundan əvvəl bir dəfə 2010-cu ildə yarışlardan uzaqlaşdırılmış Zülfüqar Süleymanova yarışlarda iştirak ömürlük qadağan edilib. 9 idmançının hamısının qanında qadağan olunmuş anabolik steroidlər aşkar edilib.

Cərimə 6 ay müddətində ödənilməlidir. Bu müddət ərzində azərbaycanlı ağırlıqqaldırıcılar IWF-nin keçirdiyi yarışlarda iştirak edə bilməyəcəklər.

Az sonra bu xəbər daha geniş formada sayta yerləşdiriləcək

Günün bütün mövzuları

XS
SM
MD
LG