Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

Lerikin Bradi kəndində güclü küləyin fəsadları hələ də aradan qaldırılmayıb


güclü küləyin yaratdığı fəsad

güclü küləyin yaratdığı fəsad

-
Martın 17-də əsən güclü qasırğa Lerikin bir çox yaşayış məntəqəsində ciddi fəsadlar yaratmışdı. Rayon mərkəzindən 52 km uzaqlıqda yerləşən Bradi kəndində deyirlər ki, küləyin fəsadları hələ də aradan qaldırılmayıb. Sakinlərdən Qədir Qurbanov bildirir ki, yaşadığı evin dam örtüyü qasırğa nəticəsində uçub. İndi evi yaşayış üçün yararsızdır.

“YAĞIŞ YAĞSA TÖKÜLƏCƏK BAŞIMIZA...”
Qədir Qurbanov: “Lazımı qurumlara şikayət elədik, heç nəyə məhəl qoyan yoxdur. Yaz yağışları var qabaqda, yağan kimi yağış töküləcək bizim başımıza”.

Digər bir kənd sakini Adil Hüseynov deyir ki, onun da evinin dam örtüyü küləkdən zədələnib: “Problemləri operativ həll etmək üçün aidiyyatı qurumlar əməli hərəkə keçməlidir. Yoxsa evimizdə olan əşyalar hamısı yararsız hala düşəcək”.

Digər kənd sakini Könül Cahangirova isə bunları deyir : “Anam xəstədir. 3 körpə uşağım var , onlar da xəstədir. Ona görə dövlət küləyin törətdiyi fəsadı tez aradan qaldırmalıdır. Yoxsa daha bir küləkli havada evin üstü tamamilə yarasız hala düşəçək. Mənim də maddi imkanım yoxdur ki, özüm nəsə edim”.

“DƏYMİŞ ZİYANIN İLKİN HESABLANMASI APARILIB”
Bradi kəndi Daster kəndi üzrə icra nümayəndəliyinə tabedir. Kənd icra nümayəndəsi Aydın Nəcəfov şikayətlərlə bağlı bunları deyir: “Qasırğa baş verən gün rayon FHK-nın və FHN-nin regional mərkəzinin əməkdaşları evlərə baş çəkib. Dəymiş ziyanın ilkin hesablanması da aparılıb, müvafiq aktlar bağlanıb. İndi nazirlikdən tədbir görülməsini gözləyirik. Biz bəzi ailələrə çadır da alıb vermişik ki, qəfil yağış yağsa, istifadə etsinlər. Müvəqqəti də olsa”.

Lerik rayon FHK-nın sədri Habil Məlikov da bildirdi ki, qasırğa nəticəsində sakinlərə dəyən ziyan aktlaşdırılıb. Bu məlumatlar Fövqaladə Hallar Nazirliyinə göndərilsə də hələlik rayona lazımı inşaat materiallari göndərilməyib. Həmin inşaat materiallari veriləcəyi təqdirdə sakinlərə yardımlar olunacaq.
XS
SM
MD
LG