Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56
-
ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya yardım göstərilməsini və Rusiyaya Krımı ilhaq etdiyinə görə sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Sənədin lehinə 378, əleyhinə 34 konqresmen səs verib.

Qanunun qüvvəyə minməsi üçün onu prezident Barack Obamanın imzalaması lazımdır.

Ukraynaya 1 milyard dollar yardım nəzərdə tutan qanun layihəsini Senat hələ ötən həftə qəbul etmişdi. Qanun layihəsində həmçinin Obama administrasiyasının Putinin yaxın ətrafı və Rusiyanın bir bankına tətbiq etdiyi sanksiyaların bir qədər də genişləndirilməsi nəzərdə tutulur.

Rusiyanın Krıma müdaxiləsi Moskva ilə Vaşinqton arasında dərin böhrana səbəb olub.

Konqresin başqa bir qərarı ilə "Azadlıq" və "Amerikanın səsi" radiolarının Krım da daxil olmaqla şərqi Ukraynada yayımını, bu ərazilərdə Rusiyapərəst yayıma cavab olaraq, genişləndirmək məqsədilə əlavə vəsait ayrılıb. Bu sənəd də artıq Senatın təsdiqini alıb.

Şərhləri göstər

XS
SM
MD
LG