Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

Qubada aeroport tikintisi etiraz doğurub


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
-
Aprelin 2-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

“Bizim Yol” qəzeti yazır ki, Qubanın 3 kəndinin bağları buldozerlərlə kürünür.

“Yeni tikilən hava limanı Qubanın çaykənarı və bağ sahələrini əhatə edən 600 hektardan çox ərazini əhatə edəcək. Hava limanı Davudoba, Hacıqayıb, Ərməkiqışlaq kəndlərinin ərazisinə düşür. Sakinlər onların icazəsi olmadan torpaqlarına soxularaq tikinti aparılmasına qarşıdır. Deyirlər öncə izin istəsinlər, normal kompensasiya versinlər, sonra nə istəyirlər tiksinlər. Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndə gələrək sakinlərlə görüşüblər. Onlar plana düşən ərazilərin müqabilində sakinlərə pul təklif ediblər. Boş ərazilərin sotuna 80, bağ sahəsinin sotuna isə 150 manat. Ancaq sakinlər 20 il ərzində saldıqları bağ sahəsinin sotuna ödənəcək olan 150 manatla razı deyillər. Deyirlər bağdan ildə 15000 manat götürürlər”.

Aİ-98 MARKALI BENZİNİN QİYMƏTİ DÜŞÜB

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.

Bu barədə Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və “Azpetrol” şirkətlərindən bildirilib. Digər benzin markalarının qiymətləri dəyişməz qalır.

Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.

Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi.

Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

“MƏNİM İLHAM ƏLİYEVLƏ BAĞLI O İLLÜZİYAM YOXDUR”

Bunu “Azadlıq” qəzetinə müsahibəsində AXCP sədri Əli Kərimli deyib.

Əli Kərimli
Əli Kərimli
Əli Kərimli bildirib ki, Azərbaycan hökuməti uzun illərdir ki, xalqı qorxu altında idarə edir. “Onlar haqlı olaraq belə düşünürlər ki, Azərbaycan xalqı qorxudan azad olsa, özünə inamı bərpa olsa, o zaman heç vaxt belə yarıtmaz idarəetməyə dözməz və Azərbaycanda xalqa xidmət edən hakimiyyət formalaşdırılar. Xalqı həmişə qorxuda saxlayırlar ki, bundan da pis ola bilər və indi olanları da itirə bilərsən. Azərbaycan hakimiyyəti və bütün avtoritar, totalitar rejimlər hər zaman xalqlarını bununla şantaj edirlər ki, indiki həyatını da itirə bilərsən”.

RÜŞVƏT İSTƏYƏN YOL POLİSİ İŞDƏN ÇIXARILDI

Göyçay rayon polis şöbəsinin yol polisi bölməsinin məsul işçisi vətəndaşların şikayətləri əsasında işdən çıxarılıb.

Rayon Polis Şöbəsindən APA agentliyinə verilən məlumata görə, yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, kapitan Bəxtiyar Həşimov vəzifəsindən azad edilib. Onun müxtəlif vaxtlarda sürücülərdən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı bildirilir.

Sürücülərin çoxsaylı şikayəti əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bəxtiyar Həşimovun fəaliyyəti araşdırılıb.

Fəaliyyətində nöqsanlar aşkar edilən Bəxtiyar Həşimov polis orqanlarından xaric edilib.

Faktla bağlı araşdırmalar davam edir.

TAĞI ƏHMƏDOV METRO TİCARƏTÇİLƏRİNƏ 104 MİN 500 MANAT “ATIB”
“Yeni Müsavat” qəzeti yazır ki, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında mağazaları sökülən ticarətçilər prezident İlham Əliyevə “İmdad” başlığı ilə məktub yazıblar. Metro ticarətçilərindən “Yeni Müsavat”a verilən məlumata görə, prezidentə göndərilən məktubda qeyd olunub ki, onlar iş yerlərini itirməklə yanaşı həm də dələduzlar tərəfindən aldadılıblar.

“İndi bizlər iş yerlərimizin bərpa olunması ilə yanaşı, 2012-ci ilin martında “Eurovison” yarışması ilə bağlı yığılan 1100 manatı da tələb edirik. Çünki o vaxt alüminiumdan olan köşkləri yeniləri ilə əvəz etmək adı ilə bizdən 104 min 500 manat pul yığıblar. Bu bizlər üçün kifayət qədər böyük məbləğdir”.

“MÜXALİFƏT ANCAQ QƏZET SƏHİFƏLƏRİNDƏ MÖVCUDDUR”

“Yeni Azərbaycan” qəzeti yazır ki, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, müxalifət ancaq mətbuatda fəaliyyə göstərir. “Onların başqa fəaliyyətin görmürük. O baxımdan mətbuatda mövzu olanda o partiyalar üzə çıxır, mövzu olmayanda da çıxmırlar. Müxalifət düşərgəsi də elə ancaq qəzet səhifələrində fəaliyyət göstərir, başqa fəaliyyəti yoxdur”.

AZƏRBAYCANDA UZUNÖMÜRLÜLƏRƏ XÜSUSİ İMTİYAZ VERİLƏ BİLƏR

Millət vəkili Elmira Axundovanın Azərbaycanda yaşı 100-dən yuxarı olan insanlara xüsusi müavinətin verilməsi ilə bağlı qaldırdığı təklif dəyərləndirilə bilər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına bilirib ki, bu gün dünyanın heç bir yerində yaşı 100-ü keçmiş insanlara xüsusi müavinətlərin verilməsi ilə bağlı təcrübə yoxdur. “Amma gələcəkdə bununla bağlı nə isə etmək olar”.

Ölkədə əhalinin son siyahıya alınmasında yaşı 100 olan ahılların sayı 305 nəfər azalıb. 2013-cü ildə uzunömürlülərin sayı bir qədər də aşağı düşüb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG