Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:16

Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb


-
Müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu bildirib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunub. Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Necdet Özel deyib ki, Azərbaycanla əlaqələr qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslanır və Türkiyə Azərbaycanın vacib tərəfdaşıdır.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Z.Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə N. Özel Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG