Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:45

Londonda bahalı ev alan MBD ölkələri arasında Azərbaycan 4-cüdür


villa
villa
-
Londonda ev almaq dəb olduğundan varlı azərbaycanlılar da Britaniya paytaxtında ev sahibi olmağa can atırlar. Bunu “Exo” qəzetinə müsahibəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Ekspertin fikrincə, Londonda ev almaq iqtisadi baxımdan da əlverişlidir. Çünki hətta 2008-2009-cu illərdəki böhran dönəmində də Böyük Britaniya paytaxtında daşınmaz mülkiyyətin qiyməti, əslində, sabit qalıb.

MBD ölkələrindən Londonda ən çox ev alan Ukrayna sakinləridir. “The Telegraph” qəzetinin yazdığına görə, Rusiya vətəndaşları ikinci sırada gedirlər. Üçüncü, dördüncü və beşinci yerdə Qazaxstan, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. Son iki ildə sadalanan ölkələrin sakinləri Britaniya paytaxtında 2 milyard funt sterlinq (3,3 milyard dollar) dəyərində mənzillərə sahibləniblər.
XS
SM
MD
LG