Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37
-
Çilinin şimal sahillərində 8,2 bal gücündə zəlzələ olub. Zəlzələ 2 metrlik sunami dalğaları yaradıb.

Amerika Geoloji Araşdırmalar Mərkəzi bildirib ki, zəlzələ liman şəhəri olan İquiquenin 99 kilometr şimal qərbində baş verib.

Yerli saatla 20.46-da baş verən zəlzələdə azı 5 nəfər ölüb. Çoxlu yaralı var. Bəzi evlərdə yanğın baş verib. Çilinin daxili işlər naziri Rodrigo Penalillo deyib ki, insan itkisi daha çox ürək tutmasından və uçqun altında xəsarət almalardan olub.

Zəlzələdən sonra yüzlərlə adam elektriksiz qalıb. Yüz minlərlə adam gecəni küçələrdə keçirib. Sahil qəsəbələri boşaldılıb. Zəlzələdən sonra şəhərdəki həbsxanalardan birindən 300 məhbus qadın qaçıb.

2010-cu ildə Çilidə 8,8 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt 500-dən artıq adam ölmüşdü, 220 min bina uçmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG