Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:20

NATO qərar verdi ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirsin


Belçika - NATO-nun baş katibi Anders Fogh Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev, 15 fevral 2012
Belçika - NATO-nun baş katibi Anders Fogh Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev, 15 fevral 2012
NATO aprelin 1-də qərar verib ki, özünün şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirsin.

Azadlıq Radiosunun Brüsseldəki müxbirinin "Şərqi Avropadakı müttəfiqlər dedikdə Ermənistan, Azərbaycan və Moldovanı nəzərdə tutursunuzmu" sualına Rasmussen "bəli" cavabını verib.

Rasmussen NATO xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən toplantısında iştirak edib. Toplantıda qəbul edilən əsas qərar o olub ki, alyans Krımı anneksiya edən Rusiya ilə əməkdaşlığı dayandırsın.

Rasmussen Azadlıq Radiosunun sualına tam olaraq belə cavab verib:

"Bəli, Moldova, Ermənistan, Azərbaycanı nəzərdə tuturuq. Amma icazə verin vurğulayım ki, bu, yeni bir şey deyil. Bizim bu üç müttəfiq ölkə ilə onsuz da indiyəcən yaxşı oturuşmuş münasibətlərimiz olub. Və biz əslində sentyabrda Uelsdə keçiriləcək sammiti hədəfləyərək münasibətlərimizin dərinləşməsi yönündə xeyli vaxtdır ki işləməkdəyik".

Rasmussen deyib ki, sözügedən ölkələrlə münasibətləri mövcud əməkdaşlıq çərçivələri daxilində dərinləşdirəcəklər. Bu da, onun sözlərinə görə, həmin ölkələrin müdafiə sahəsində islahatlarını dəstəkləmək üçün yardım kimi cari əməkdaşlığı nəzərdə tutur.
XS
SM
MD
LG