Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14
Rusiyanın xarici işlər nazirliyi ABŞ bankının Qazaxıstandakı addımını pisləyib.

JPMorgan Chase Qazaxıstanın Astana şəhərində Rusiya səfirliyindən “Soqaz” sığorta şirkətinə pul köçürməsinə imkan verməyib. Bunu ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə əsaslandırıb.

Rusiya XİN bildirib ki, bu tipli addımlar cavab reaksiyasına səbəb ola və ABŞ səfirliyinin Rusiyadakı fəaliyyətinə təsirini göstərə bilər.

Krımı işğal edən Rusiyaya qarşı həm ABŞ, həm də Avropa Birliyi iqtisadi sanksiyalar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG