Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:17
-

Yeni yaradılan müstəqil "Oda" Teatrında aprel ayının 5-i və 6-da yeni tamaşanın premyerası olacaq.

“Minə qədər sayıb özümü öldürəcəyəm” sözləri ilə başlayacaq tamaşa teatrın indiyədək hazırladığı tamaşalardan kəskin dərəcədə fərqlənəcək.

Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide” (İntihar–red.) adlı tamaşanın rejissoru İmam Həsənovdur.

Teatrın direktoru Elmin Bədəlovun öz ifasında olacaq monotamaşa barədə aktyor bu sözləri deyib:

“Bu tamaşa indiyədək hazırlanan tamaşalardan tam fərqlidir. Özünüz görəcəksiz. Qeyd edim ki, tamaşaya 10 yaşından az insanların baxması məsləhət deyil”.

Tamaşa 5 və 6 aprel saat 19:00-da "Oda" Teatrının daimi məkanı olan “Zirzəmi”də (Topçubaşov 38) göstəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG