Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

Yeni ədəbi mükafat təsis edildi


Səməd Behrəngi

Səməd Behrəngi

-

Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib.

İran Azərbaycanının məşhur yazarı Səməd Behrənginin adını daşıyan mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib.

Layihənin rəhbəri AYB-nin "Güney Azərbaycan ədəbiyyatı" şöbəsinin rəhbəri Sayman Aruzun bildirdiynə görə, "Bütöv Azərbaycan və bötövlük ideologiyasını özündə əks etdirəcək mövzuları işıqlandırmaq şərtiylə 5 nominassiyada qaliblər müəyyən ediləcək".

Ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı publisistik məqalə, ən yaxşı esse və ən yaxşı araşdırma nominassiyalarında ilk iki yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Müsabiqə hər il aprelin birindən mayın 15-dək davam edəcək. Mükafatlandırma və təqdimat isə iyun ayının 24-də, Səməd Behrənginin anadan olmasının il dönümündə keçiriləcək.

Qeyd edək ki, hər nominassiyada ilk iki yerin qalibinə planşet hədiyyə olunacaq. Bundan əlavə Azərbaycan Yazıçılar Birliyinin diplomu və bir sıra həvəsləndirici mükafatlar da olacaq.

Əsərlər bu ünvana göndərilə bilər: ayb.mukafat@gmail.com

Günün bütün mövzuları

XS
SM
MD
LG