Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Ramil Usubov: Polisə müraciət edənlər çoxalır


Ramil Usubov
Ramil Usubov
-
«Polisə müraciət edənlərin sayı son 5 ildə 60 faiz artıb».

Bu sözləri aprelin 1-də Daxili İşlər Nazirliyində keçirilən ümumrespublika müşavirəsində nazir Ramil Usubov səsləndirib.

Nazir rəhbərlik etdiyi qurumda köklü islahatların aparıldığını da vurğulayıb:

«Ailə-məişət zəminində baş verən münaqişələr 2.5 dəfə azalıb. Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80 faizi vətəndaşların yaxından iştirakı ilə açılıb. Hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üçün polis əməkdaşları zəruri hüquqi biliklərə, geniş dünya görüşünə, yeni texnologiyalarla iş bacarığına malik olmalıdır».

Müşavirədə Naxçıvan Muxtar Respublika DİN-nin, bir sıra şəhər və rayon polis idarələrinin yüksəkvəzifəli əməkdaşları da çıxış ediblər.

Toplantı aprelin 2-də davam etdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG