Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31
-
Aprelin 5-də, saat 13:00-da Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli bəstəkar Asəf Zeynallının 105 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq tədbir Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin akt zalında olacaq.

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub.

Bakı Musiqi Texnikumunu və Bakı Konservatoriyasının bəstəkarlıq bölümünü bitirib.

Onun konservatoriya müəllimi əfsanəvi Üzeyir bəy olub.

Asəf Azərbaycanda romans janrının əsasını qoyub.

Onun bəstələdiyi «Ölkəm» romansı dillər əzbəridir.

Cəmi 23 il yaşayan (1932-Bakı) istedadlı gənc özündən sonra adını yaşadacaq musiqi əsərləri yadigar qoyub.

Asəf Zeynallı - Lirik melodiya

Günün bütün mövzuları

XS
SM
MD
LG