Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:53

REAL Hərəkatının lideri ilə görüşə icazə verilmədi


-
Aprelin 1-də REAL Hərəkatının üzvləri Erkin Qədirli ilə Natiq Cəfərli Şəkidəki həbsxanada saxlanılan hərəkat rəhbəri İlqar Məmmədovla görüşmək üçün Şəkiyə getsələr də, onlara görüş imkanı yaradılmayıb.

Bu barədə AzadlıqRadiosuna hərəkat üzvü Natiq Cəfərli məlumat verib.

“Biz məhkəməsinin bitdiyini, bu günlərdə apelyasiya mərhələsi başlayacağını dedik. Dedilər ki, onda apelyasiya məhkəməsindən “icazə” məktubu gətirək. Bu səbəbdən də görüşə bilmədik. Amma İlqara apardığımız sovqatı götürdülər. Apreldə apelyasiya şikayətinə baxılacaq, yəqin ki, onda görüşə biləcəyik”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrlə bağlı həbs olunub. “İsmayıllı işi” ilə bağlı ümumilikdə 18 nəfər həbs olunub. Bu işlə bağlı məhkəmə prosesi martın 17-də başa çatıb. İlqar Məmmədov 7, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham olunanlardan 8 nəfəri isə şərti cəza ilə məhkəmə zalından azad ediliblər. Qalanları isə 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG