Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

DİN: Həsən Hüseynli öz həmyerlisinə bıçaqla xəsarət yetirib


-
Daxili işlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Həsən Hüseyinli öz həmyerlisi olan Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlanılıb.

Məlumata görə, qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov xəstəxanaya yerləşdirilib, Həsən Hüseynliyə Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Nazirlik hesab edir ki, mətbuatda Həsən Hüseyinliyə qarşı təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəriHəsən Hüseynlini martın 31-də Gəncədə polis saxlayıb.

Özü və ailəsi bunun təxribat olduğunu, fəaliyyətinə görə saxlandığını iddia edir.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir

Günün bütün mövzuları

XS
SM
MD
LG