Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Havanın temperaturu yüksəlir


-
Aprelin 2-də havanın temperaturunun yüksələcəyi gözlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 2-də mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG