Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:30

Krım tatarları Təhlükəsizlik Şurasında danışır


-
BMT-nin Təhlükəsizlik Şurası Krım məsələsilə bağlı qeyri-rəsmi görüş keçirib. Krımın tatar azlığının üzvləri, yerli tatar lideri Mustafa Dzhamilev də görüşə qatılıb.

Görüşü Litva təşkil edib. Litvanın BMT-dəki səfirinin köməkçisi Rita Kazragien deyib ki, üzvlər ilk öncə Krım tatarlarının medianın qərəzsizliyi və azlıqların hüquqlarına dair narahatlığını dinləyiblər.

Krımı ilhaq edən Rusiya sessiyanı boykot edib. Rusiyanın BMT-dəki missiyası bəyanatında bildirib ki, sessiyanın məqsədi regionda baş verənlərin obyektiv mənzərəsini yaratmaq deyil, “qərəzli təbliğat şousu” aparmaqdır.

Kazragien-in sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri krımın statusuna dair referendumu qanunsuz sayır, onun anneksiyasını tanımırlar.
XS
SM
MD
LG