Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09
BBC xatırlayır ki, 1957-ci il aprelin 1-də BBC-nin Panorama proqramı illik spagetti yığımı barədə reportaj verdi.

Reportajda fermerlər agaclardan spaqetti yığırdı və sonra bunları qurumaga qoyurdular.

Bu reportaj efirə gedənə qədər proqramı direktoru çəkilişi və ideyanı gizli saxlayıb. Ancaq reportaj efirə gedəndən sonra böyük hay- küy qopub.

Bəzi qəzetlər bunu ən yaxşı 1 aprel zarafatı hesab edib, bəziləri isə belə reportajı camaatı ələ salma kimi qiymətləndirib.

***
İran Prezidenti Hassan Rohani Hamid Abutalebini BMT-də İranın səfiri təyin edib. Ancaq ABŞ səfirliyinin keçmiş işçiləri Barack Obamaya müraciət ediblər ki, Abutalebiyə viza verilməsin. Hamid Abutalebi

Hamid Abutalebi


Həmin keçmiş diplomatlar 1979-cu ildə Tehranda ABŞ səfirliyi tutulanda 444 gün girovluqda qalan işçilərdir.

Christian Science Monitor yazır ki, keçmiş girov Barry Rosen deyir: “Abutalebinin həmin məsələdə əli olmağını hamı bilir”.

Ancaq qəzet yazır ki, həmin hadisələrdə onun rolunun nə qədər olmağı dəqiq məlum deyil.

Abutalebi İtaliya, Belçika və Avstraliyada səfir olub. O sərt xətt tərəfdarı kimi tanınmır.

***

Reuters xəbər verir ki, Qazprom Ukraynaya qazın qiymətini hər 1000 kub metrə 385 dollara qaldırıb. Əvvəlki qiymət 268 dollar idi.

Qazpromun sədri Miller deyib ki, Ukraynanın Qazproma borcu 1 milyard 700 milyon dollara çatıb.

***
Krım

Krım


Moscow Times yazır ki, Obama 7 səbəbə görə Krımı yaddan çıxartmalıdır.
Bunlar Rusiya ilə 7 sahədə əməkdaşlığın vacibliyi ilə bağlıdır:

Beynəlxalq terrorizm.
İranın nüvə proqramı.
Suriya.
Əfqanıstan.
Şimali Koreya.
Beynəlxalq narkotik ticarəti.
Arktika.

Günün bütün mövzuları

XS
SM
MD
LG