Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:34

Ağcabədidə Laçın köçkünləri örüş yerlərinin əllərindən alındığını deyirlər


Ağcabədi rayonu Şənlik kəndi
Ağcabədi rayonu Şənlik kəndi
-
Ağcabədi rayonu Şənlik kəndinə məxsus 4 saylı Dəlləkli- Muğanlı torpaq sahəsində Laçından köçkün düşmüş ailələr məskunlaşıblar. Həmin ərazidə onlar əsasən maldarlıqla məşğul olurlar. Əldə etdikləri ət, süd məhsullarını da Ağcabədinin yerli bazarında satırlar. Hətta yerli süd zavoduna da məhsul verirlər. Ərazi çox genişdir və əsasən düzənliklərdən ibarətdir. Hava yağmurlu olduqda isə bu əraziyə gediş- gəliş məhdudlaşır. Düzənliyin bir tərəfi Kür çayına gedib çıxır. Ancaq köçkünlər bu əraziləri itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Onlara deyilib ki, bir şirkət bu əraziləri
şumlanan ərazi
şumlanan ərazi
icarəyə götürüb və orada taxılçılıqla məşğul olmaq istəyir. İndi Laçın köçkünlərindən ərazini tərk etmələri tələb edilir. Biz orada olduğumuz vaxt köçkünlərin evlərinin yaxınlığına kimi ərazinin şumlandığının şahidi olduq:

“ARTIQ HEYVAN OTARMAQ ÜÇÜN YERİMİZ QALMAYIB”

Ərazidə yaşayan 74 yaşlı Ağcabədi rayonu Şənlik kəndin:
Ağcabədi rayonu Şənlik kəndin
Ağcabədi rayonu Şənlik kəndin
“Biz Laçın rayonunun Qarakeçid kəndindənik. Köçkün düşəndə biz gəlib Şənlik kəndinin bu insan yaşamayan ərazisində məskunlaşdıq. Biz bura gəldiyimiz vaxtdan mal- qara saxlayıb, dolanmışıq. Uzun illərdən sonra indi bir şirkət peyda olub, gəlib bizə deyir ki, bu torpaq mənimdi, siz buradan çıxmalısınız. Açığı bilmirik nə edək? Biz bilirik ki, bu işi edənlər yerli məmurlardır. Cənab prezidentin bu işdən xəbəri yoxdur. Bizə buradan çıxmaqla bağlı hər hansı konpensasiya təklif olunmayıb. Biz burada 8 ailə yaşayırıq və ümumilikdə 80 baş iri buynuzlu mal-qaramız var. Bu şirkət bizi hər tərəfdən mühasirəyə alıb və artıq heyvan otarmaq üçün demək olar ki, yerimiz qalmayıb. Bütün əraziləri şumlayıblar. Biz əldə etdiyimiz məhsulu satıb bir təhər dolanırıq. Dədə-babadan mal heyvanla dolanmışıq. Torpaqlarımızı əlimizdən alsalar biz məhv olacağıq. Yaşaya bilməyəcəyik. Müharibə vaxtı bizdən əsir düşən də olub, ölən də. Mən özüm vuruşmuşam, indi nə edək taleyimiz belə gətirdi? Biz azsaylı xalqıq, Kürdük. Dəfələrlə rayon rəhbərliyinə, torpaq şöbəsinin müdirinə, pambıq zavodunun müdirinə demişik. Xahiş etmişik ki, belə haqsızlıq etməyin, xeyri yoxdur, öz bildiklərini edirlər. Mən özüm şerə, sənətə, saza, sözə yaxın adamam, kitabım da nəşr olunub. Ulu öndərin oğlu İlham Əliyev ədalətli adamdı. İnşallah bizə rəhm edəcək. Bütün bunlar rayon rəhbərinin, torpaq şöbəsinin müdirinin əli ilə edilir”.

Digər köçkün İlyas Məmmədov:

“BELƏ OLSA BİZ DOLANA, YAŞAYA BİLMƏYƏCƏYİK”
“Mənim hesabıma görə, burada təxminən 40 hektara yaxın sahəmiz var. İki oğlum, bir kürəkənim yanımda məskunlaşıb. Axır birtəhər dolanırdıq. İndi bu ərazilər başqa adamlara verilib və həmin 40 hektar yerimiz də əlimizdən alınmaq üzrədir. Axı belə olsa biz dolana, yaşaya bilməyəcəyik. Başqa əlimizdən nə alver gəlir, nə də ki, başqa iş. Heyvan saxlamağa yer lazımdır, onu da əlimizdən zorla alırlar”.

Bərzani Axundovun dedikləri:

“YA BİZİ BAŞQA ƏLVERİŞLİ YERƏ KÖÇÜRSÜNLƏR, YA DA...”
“Bu ərazidə qırmızı kitaba düşmüş, yolğun ağacları var. Rəhmətlik ulu öndər H.Əliyev deyib ki, ağac mənim sağ qolumdu. Burada minlərlə hektar meşələri ağır texnika ilə məhv elədilər. Hansısa məmurlar burada taxıl əkəcək. Hansı ki, bu torpaqlar pambıq üçün nəzərdə tutulub. Bu işi həyata keçirənlər deyir ki, bu dövlət proqramına uyğun həyata keçirilir. Onlar deyir ki, ölkədə taxıl qıtlığıdır, ona görə bu ərazilərdə meşəliklər məhv edilib yerində taxıl əkilir. Ya bizi başqa əlverişli yerə köçürsünlər, orada öz mal qaramızı saxlayaq, ya da bizə dəyməsinlər”.

ƏRAZİDƏ QIZĞIN İŞ GEDIR...

Biz ərazidə olanda qızğın iş gedirdi. Ərazidə işləyən traktorçu deyirdi ki, su nasosu üçün yer tikirlər. Əraziyə Kürdən su çəkiləcək. Traktorçuların sözlərinə görə, ərazidə artıq 5 aydır iş gedir. Ancaq onlar işin sifarişçisinin kim olduğunu bilmirdilər.
​Köçkünlərin şikayətlərinə münasibət öyrənmək üçün icra hakimiyyətinə yollandıq. Başçının humanitar məsələlər üzrə müavini, Əbülfət Tapdıqovla danışa bildik. Ancaq o bu məsələdən xəbərsiz oldğunu dedi. Bizə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komutəsinin yerli şöbəsinə müraciət etməyimizi məsləhət bildi. Biz isə başçının aqrar məsələlər üzrə müavini Leyla Əsgərova ilə telefon əlaqəsi saxladıq. O isə telefonla danışmaq istəmədiyini bildirdi.

“ONLARIN 100 HEKTAR TORPAĞI VAR, BƏS ELƏMİR?”

Daha sonra rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanova üz tutduq. Onun cavabı belə oldu:

“Laçından olan köçkünlərin torpaqları özlərindədir. Həmin ərazilərdə başqa təsərrüfatlar yaranıb və torpaqlar onlara verilib. Yenə deyirəm köçkünlərin istifadəsində olan torpaqlara toxunulmur. Heç bu nəzərdə belə tutulmayıb. 100 hektar onların torpağı var, bəs eləmir? Orada işləyən təsərrüfatların hamısı dövlət proqramına uyğun yaradılmış təsərrüfatlardır. Həmin ərazilərdə pambıq, buğda, arpa əkiləcək. Təsərrüfatların kimlərə məxsus olduğunu bilmirəm, deyə bilmərəm. Nə əcəb laçınlılar sizə deməyib?”
ərazidə yaşayan köçkün ailələr
ərazidə yaşayan köçkün ailələr
Abbas Süleymanov deyir ki, o rayon rəhbərliyinin tapşırıqları əsasında işləyir:
“Bilirsiniz rayonun rəhbəri var, mən kiməm. Mənə nə deyirlər onu da edirəm. Lazımi yerlərə rəsmi şəkildə müraciət olunub, əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra Kür çayının əsas hissəsindən yarılaraq su nasosu tikilməsi üçün işlər aparılıb. Hazırda iş yekunlaşmaq üzrədir. Gələcəkdə həmin sahələrin suvarılması üçün bu vacibdir. O, insanların kifayət qədər torpaqları var. Həm də ki, cəmisi orda 2 ailə yaşayır. Ayıbdır yalan danışmasınlar”.
XS
SM
MD
LG