Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

Müdafiə nazirinin müavini cəbhə bölgəsində səfərdədir


Nagorno-Karabakh -- An Armenian soldier of the self-proclaimed republic of Nagorno-Karabagh runs in trenches at the frontline on the border with Azerbaijan, 25Oct2012
Nagorno-Karabakh -- An Armenian soldier of the self-proclaimed republic of Nagorno-Karabagh runs in trenches at the frontline on the border with Azerbaijan, 25Oct2012
-
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsində səfərdədir. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətini, müdafiənin dayanıqlığını yoxlamaqdır. Maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizat, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, nizam-intizamı və sosial şərait də yoxlanacaq.
XS
SM
MD
LG