Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:45

Kollecin zəbt olunmuş torpağı qaytarılıb


-
Bakı Humanitar Kollecinin zəbt olunmuş 150 kvadrat metrlik torpağı özünə qaytarılıb.

Təhsil nazirliyinin yaydığı məlumata görə, martın 26-da naməlum şəxslərin Bakı Humanitar Kollecin torpağını zəbt edib ərazidə tikinti işləri apardığı barədə məlumat daxil olub.
O da aydın olub ki, nazirliyə müraciət olunana qədər kollec kollektivinin ərazidə tikinti aparanlara etirazı nəticəsiz qalıb.

Müvafiq icra qurumlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı ciddi mübarizə tədbirləri davam etdiriləcək.
XS
SM
MD
LG