Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Almaniyanın kansleri Angela Merkellə telefon söhbəti zamanı Moldovadakı Dnestryanı regiondan blokadanın götürülməsi üçün tədbirlərin vacibliyini bildirib.

Putin ötən cümə günü ABŞ prezidenti Barack Obama ilə də telefon söhbəti zamanı eyni tələblə çıxış edib.Moldova və ABŞ Rusiyanın tələbini rədd ediblər.

Əsasən rusdilli əhalinin yaşadığı bu region 1990-cı ildə birtərəfli qaydada müstəqilliyini elan edib.1992-ci ildə tərəflər arasında qısa müharibə olub və Rusiya ordusunun hərbi müdaxiləsindən sonra müharibə dayandırılıb.

Dnestryanı regionun müstəqilliyini heç bir ölkə tanımır. Hazırda bölgədə 1400 Rusiya əsgəri var.
XS
SM
MD
LG