Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55
-

Yazıçı Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin edilməsi haqda


- Elçin bəy, bu təyinat gözlənilən idimi sizin üçün?

- Nə deyə bilərəm, gözlənilən olmayan bircə ölümdür.

- İndiyə qədər “Ədəbiyyat qəzeti” tərtibatına görə çox tənqid olunurdu, siz ora redaktor keçəndən sonra bildiribsiniz ki, həm formatda, həm məzmunda dəyişikliklər edəcəksiniz. Bizi nə kimi bir qəzet gözləyir?

- Bəli, dediyim kimi həm formatı, həm məzmunu fərqli bir qəzet çıxacaq ortaya. Müasir tələblərə daha uyğun, maraqlı bir qəzet olacaq?

- Bir müddət əvvəl xəbər yayılmışdı ki, “Ədəbiyyat” qəzetində yoxlamalar aparılır, yoxlamaların nəticəsi oldumu?

- Bəli, yoxlama aparıldı və nəticələri AYB rəhbərliyinə məruzə edildi, rəhbərlik buna uyğun tədbirlər gördü.

- Bəs redaksiya heyətində bir dəyişiklik etmək fikriniz varmı? Gəncləri qəzetə cəlb etməyi düşünürsünüzmü?

- Dəyişikliklər olacaq, amma bu o demək deyil ki, yaşlı və təcrübəli işçilərimizdən imtina etməliyik. Gənclərə qaldıqda isə, mən həmişə onların tərəfində olmuşam, qəzetimiz elə gənclərin olacaq.

- Ədəbiyyat qəzetinin saytı az-az yenilənirdi, indi saytda nə isə dəyişiklər olacaqmı?


- Bəli, qəzetin dinamikasına uyğun olaraq sayt daim yenilənəcək. Qəzetdə çap olunan maraqlı materiallar gündəlik sayta da yerləşdiriləcək.

Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG