Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:22

Azad Əliyev dünyayla vidalaşdı...


Azad Əliyev
Azad Əliyev
-
Tanınmış dirijor Azad Əliyev martın 30-da ürək çatışmazlığından vəfat edib.

Trend-in yaydığı xəbərə görə, Azad Əliyev 1951-ci il martın 29-da Bakıda doğulub.

Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib.

Orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb.

1972-1980-ci illərdə «Respublika» Sarayının baş səs rejissoru olub.

1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orkestrlə müxtəlif konsertlərdə çıxış edib.

1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb.

Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub.

1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib.

1992-ci ildən Opera studiyasında dirijor kimi bir çox opera tamaşalarını – «Aida», «Traviata», «Gizli nikah», «Sevil», «Arşın mal alan» və s. hazırlayıb.

1994-cü ildən Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən isə Bülbül adına orta ixtisas musiqi məktəbində «Kamera ansamblı» və «Müşayiət» sinfinin müəllimi olub.

2001-ci ildən Niyazi adına Radio və Televiziyanın Simfonik Orkestrinin və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin II dirijoru vəzifəsində çalışıb. 2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib.

Azad müəllim «Opera hazırlığı» sinfində 20-dən artıq məzun yetişdirib. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir. 2006-cı ildən «Azteleradio» Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb.

A.Əliyevlə vida mərasimi martın 31-i saat 12:00-da Bakı Musiqi Akademiyasında keçirilib.

Ruhu şad olsun!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG