Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38
Fələstinin Çexiyadakı səfiri Jamal al Jamal seyfin partlamasına görə ölməyib.Çexiya polisinin məlumatına görə partlayış , səfir partlayıcı maaddəni əlində tutarkən baş verib, seyf açılanda yox.

Jamal al Jamal yanvarın 1-də Praqadakı Fələstin səfirliyində baş verən partlayış zamanı ciddi xəsarət alıb və bir neçə saat sonra hərbi hospitalda keçinib.

Bundan sonra səfirlikdə aparılan axtarış zamanı binadan 12 silah və digər partlayıcı maadələr tapılıb.

Fələstin hakimiyyəti deyir ki, bu silahlar Fələstin Azadlıq Hərəkatının üzvlərinə keçmiş Çexoslavakiya dövründə hədiyyə verilibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG