Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Soyunaraq Türkiyə seçkisinə etiraz edən qadınlar məhkəməyə təhvil verilib


-
Bələdiyyə seçkiləri günü Burhaniyədə - seçki məntəqəsində soyunaraq aksiya keçirən FEMEN qrupunun 2 üzvü məhkəməyə təhvil verilib. Bu barədə Türkiyənin Doğan Xəbər Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu iki Fransız vətəndaşı olan iki qadın səs verəcəkləri bəhanəsi ilə 2148 nömrəli səs qutusunun yanına gəlib. Səsvermə kağızlarının olduğu masanın üzərinə çıxıb köynəklərini soyunaraq aksiya ediblər.

Onlar bədənlərinə “Ban Erdoğan” yazmışdılar. Polis FEMEN üzvü olan bu iki fransız vətəndaşını həbs edib.

Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə Erdoğan-ın AK Partiyası səslərin 44-46 faizini qazanıb. Müxalifətdə olan CHP isə 23-28 faizlə geridədir.
XS
SM
MD
LG