Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25
-
Aprelin 2-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasında VI milli uşaq kitabı sərgisi açılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasına istinadən yaydığı xəbərə görə, sərgi Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təşkil olunacaq.

Xəbərdə deyilir ki, sərginin təşkilində məqsəd uşaqların informasiya tələbatının ödənilməsi, ölkədə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə onları tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərə bağlamaq və bu dəyərləri yaşatmaqdır.

Aprelin 5-dək davam edəcək sərgidə son vaxtlar Azərbaycan nəşriyyatlarının nəşr etdiyi uşaq ədəbiyyatı nümayiş olunacaq.

Xatırladaq ki, Beynəlxalq Uşaq Kitabı günü məşhur uşaq yazarı Hans Christian Andersen-in doğulduğu gün seçilib.

Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunması “Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız” fikrinin müəllifi olan məşhur alman yazıçısı Yella Lepmanın (1891–1970) təşəbbüsüylə olub.

1967-ci ildən bəri Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunur.

Hər iki ildən bir aprelin 2-də - Beynəlxalq Uşaq Günündə uşaq yazıçılarına və kitab qrafikası rəssamlarına böyük nağılçı Andersenin adını daşıyan beynəlxalq mükafat--qızıl medal da təqdim olunur.

Ancaq yaşayan yazıçılara verilən bu nüfuzlu mükafatı “Balaca Nobel” adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG