Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21
Sərhədsiz Reportyorlar Təşkilatı Ermənistanda mülki məcəllənin 1087.1 maddəsinə təklif olunan əlavədən “həddən artıq narahatdır”. Həmin əlavə martın 31-də parlamentdə müzakirə olunur. Həmin əlavəyə görə, media öz vebsaytında dərc olunan şərhə və ümumiyyətlə, kənardan götürülüb-yayılan materialın məzmununa görə məsuliyyət daşıyacaq.

Sərhədsiz Reportyorlar parlamenti həmin əlavəni ümumiyyətlə müzakirədən çıxarmağa və medianın özünü tənzimləməsini dəstəkləməyə çağırır.

***
New York Times yazır ki, Erdoganın AK partiyası, belə görünür, daha bir qələbə qazanır. İndiki bələdiyyə seçkiləri 11 ildir ki, hakimiyyətdə olan AK partiyaya bir növ referendum idi.
Seçkinin nəticəsi Erdogana öz hakimiyyətini uzatmağa imkan verəcək: o, bu yay president seçkisinə də qatıla bilər və ya 4-cü dəfə baş nazir də ola bilər.

Ancaq qəzet yazır ki, AK partiya cəmiyyəti qtbləşdirdi, qadınlara qarşı ayrı-seçkilik var, dünyəvi fikirdə olanlara dinsiz kimi baxılır.

***
BBC xəbər verir ki, Erdogan öz partiyasının seçkidə qələbəsini elan edib və bildirib ki, düşmənlər “bunun cavabını verəcək”.
Erdogan dalbadal 6-cı dəfədir ki, ölkəboyu seçkini udur. İndi AK partiya öz qaydalarını dəyişə bilər ki, Erdogan 4-cü dəfə baş nazir ola bilsin.

***
New York Times yazır ki, Ukraynanın növbəti prezidenti ölkənin indiki şokolad kralı ola bilər. Poroshenko

Poroshenko


48 yaşlı Petro Poroshenko şokolad şirkətinin sahibidir.

Avropaya inteqrasiyaya tərəfdardır və Vitali Klitschko öz tərəfdarlarını Poroshenkoya səs verməyə çağırandan sonra Poroshenkonun seçkini udmaq şansı xeyli artıb.
NYT yazır ki, Rusiya hücuma keçməsəydi, Poroshenko yəqin ki, elə şokoladçı kimi qalacaqdı.

Səhhətə ziyanlı olduğunu elan edərək Rusiya Poroshenkonun şokoladını qadağan etdi, bu da Poroshenkoya milyonlaral ziyan vurdu və o, çox qəzəbli reaksiya verdi.
****

Günün bütün mövzuları

XS
SM
MD
LG