Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

Qlobal istiləşmə insanları yeni təhlükələrə doğru aparır


-
Qlobal istiləşmə insanları yeni təhlükələrə doğru aparır. Bu xəbərdarlıq Birləşmiş Millətlərin elmi panelindən sonra tərtib edilən hesabatda edilib.

Hesabat iqlimdə köklü dəyişiklərin başlanması xəbərdarlığını edib.

Hesabatda həmçinin qeyd edilir ki, cəmiyyətin indiyədək üzləşdiyi yoxsulluq, xəstəlik, ərzaq təhlükəsizliyi, zorakılıq və qaçqınlıq kimi problemləri daha da pisləşdirəcək.

Digər tərəfdən, müasirləşən cəmiyyətin iqtisadiyyatının davamlı inkişafı və daha səmərəli məhsul istehsalı kimi gərəkli sahələrində geriləmə müşahidə olunacaq.

Hesabatda vurğulanır ki, risklərin artması ilk olaraq quruda və sudakı heyvan və bitki təbəqəsinə zərər verəcək.

Bu hesabat Yaponiyanın Yokohama şəhərində bir həftə davam edən qızğın müzakirələrdən sonra tədbiq edilib.
XS
SM
MD
LG