Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13
-
Prezident İlham Əliyev apreldə İrana səfər edəcək. Bu barədə irna.ir-ə İranın Bakıdakı səfiri Mohsen Pakaeen məlumat verib.

Səfir bildirib ki, İran prezidenti Hassan Rouhani prezident İlham Əliyevi İrana dəvət edib və səfər aprelin sonunda baş tutacaq.

O qeyd edib ki, iki ölkənin birgə iqtisadi komissiyası görüşdən bir ay sonra keçiriləcək.

İki ölkənin bölüşdüyü bir çox ortaq cəhətlərə toxunaraq Mohsen Pakaeen vurğulayıb ki, iki ölkənin sərhəd şəhərləri arasında əlaqələrin gücləndirilməsi İranın Bakıdakı səfirliyi üçün prioritet məsələdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG