Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:55
-
Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsindən veriblər. Məlumata görə, hadisə şəhərin Gülüstan yaşayış massivində yerləşən həyət evlərinin birində qeydə alınıb. Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov öz həyat yoldaşı - 34 yaşlı Gülnarə Bayramovanı iki az yaşlı uşaqlarının gözü qarşısında 3 bıçaq zərbəsi ilə qətlə yetirib. Şahidlərin sözlərinə görə, həmin gün ər-arvad qohumlarının nişan məclisində olublar. Məclisdən sonra sərxoş olan Natiq Bayramov evdə həyat yoldaşı ilə münaqişə edib, hadisə də həmin vaxt baş verib.

Gülnarə Bayramovanın meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şöbəsində müayinə edildikdən sonra yaxınlarına verilib. Hadisəni törədən Natiq Bayramov isə saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG