Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09

Seçkinin qalibi Erdoğandır


R. Tayyip Erdoğan seçkilərindən sonra tərəfdarlarıyla görüşür

R. Tayyip Erdoğan seçkilərindən sonra tərəfdarlarıyla görüşür

-
Türkiyənin baş naziri Tayyip Erdoğan bələdiyyə seçkilərində qələbə qazanıb.

Bazar günü seçkilərinin ilkin nəticələri göstərir ki, Erdoğan-ın AK Partiyası səslərin 44-46 faizini qazanıb. Müxalifətdə olan CHP isə 23-28 faizlə geridədir.

Seçki Erdoğan-ın idarəçiliyinə dair referendum idi. Ankarada AKP-nin qərargahının eyvanından minlərlə tərəfdarı qarşısında danışan Erdoğan deyib ki, onu korrupsiya və dövlət sirlərini yaymaqda ittiham edən düşmənləri «bunun əvəzini ödəyəcəklər».

Erdoğan ABŞ-da yaşayan Fetullah Gülen-i polisdəki tərəfdarlarından istifadə edərək ona qarşı çirkin kampaniya aparmaqda suçlayır. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG