Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

“Naxçıvanda əmək yarmarkaları keçiriləcək...”


Arxiv foto
Arxiv foto
-
29.03.2014

Yaz əkinləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Proqramın qəbulundan ötən müddət ərzində bu istiqamətdə xeyli nailiyyətlər əldə olunub. Elə 2013-cü ilin qısa statistikasına nəzər salsaq, bunun şahidi olarıq. Bəhs olunan dövrdə muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılıb, taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılıb, 35 min 324 hektar sahədə taxıl əkilib. Zəmilərdən 102 min 960 ton məhsul toplanıb.

Kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmaqla, 2957 hektar sahədə kartof əkini həyata keçirilib, əkin sahələrindən 41296,8 ton kartof yığılıb.

2013-cü ildə 109468 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 3882,9 ton dən üçün qarğıdalı, 694,9 ton dən üçün günəbaxan, 66497 ton tərəvəz, 39037,5 ton ərzaq üçün bostan məhsulları, 43276,2 ton meyvə, 15112,7 ton üzüm tədarük edilib.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi, 2013-cü ildə muxtar respublikada 337 milyon 127 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.

2014-cü ilin aprel ayında rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən keçiriləcək əmək yarmarkalarının qrafiki:
XS
SM
MD
LG