Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04

​ABŞ-ın əfsanəvi fars alimi vəfat edib


-
İran və Orta Asiya üzrə aparıcı alimlərdən olan Richard Frye 94 yaşında vəfat edib. Tacikistanın Asia-Plus xəbər agentliyinin məlumatına görə, o, martın 27-də ölüb.

Frye magistr dərəcəsini 1940-cı ildə, Asiya tarixi üzrə Fəlsəfə Doktoru (PhD) dərəcəsini 1946-cı ildə Harvardda alıb. 1942-44-cü illərdə Kabildə Habibiya Kollecində, 1970-76-cı illərdə İranda, Pəhləvi Universitetində, 1990-92-ci illərdə Tacikistan Universitetində dərs deyib.

Ancaq daha uzun müddətə, 1948-1990-cı ilə kimi Harvardda çalışıb. Frye rus, alman, fars, paştu, fransız, özbək və türk dillərini təmiz bilirdi.

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, Frye “əsl dost və İran tədqiqatları üzrə böyük alim” olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG