Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:26
-
Slovakiyada prezident seçkisinin ikinci turunda siyasi partiya mənsubiyyəti olmayan Andrej Kiska qalib gəlib. Bazar günü açıqlanan rəsmi nəticələrə görə, Kiska baş nazir Robert Fico-nu 59.4 faizlə məğlub edib.

Biznes maqnatı olan 51 yaşlı Kiska sağ qanad seçiciləri arasındakı anti-Fico əhval-ruhiyyəsindən, eləcə də korrupsiya qalmaqalları və yüksək işsizlik üzündən ənənəvi siyasi partiyalar arasındakı inamsızlıqdan yararlanıb.

49 yaşlı Fico Slovakiyanın dominant solçu SMER- Sosial Demokratiya partiyasına rəhbərlik edir. 2012-ci ildə onun partiyası yekdil qələbə qazanıb və Slovakiyanı təkbaşına idarə edib.

Yeni prezident iyunun 15-də, hazırkı prezident, solçu Ivan Gasparovic-in ikinci müddəti başa çatandan sonra and içəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG