Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:23
-
Küləklə müşahidə olunan güclü qar yağışı Naxçıvanda gediş-gəlişi məhdudlaşdırıb. Bu haqda AzadlqRadiosuna yerli sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, küləyin sovurduğu qar bəzi kəndlərə və qəsəbələrə gedən yollarda maneələr yaradıb. Şərur rayon sakini Daşqın Əliyev deyir ki, kəskin hava dəyişikliyi meyvə bağlarına da ciddi ziyan vurub:

«Çovğun birdən başladı. Külək qarı sovurur, yığır bir yerə. Bəzi yollar var ki, keçmək olmur. Bəzi yerlər var ki, çovğundan göz gözü görmür. Ağacların əksəriyyəti çiçəkləmişdi, bəziləri hətta mayalanmışdı. Hayıf oldular. Külək dağıtdı çiçəklərini. Bu il bol meyvə gözləyirdik. Gözümüzü ona dikmişdik. Yaxşı ki, şaxta deyil. Gecə şaxta olsa, bu il bir dənə də meyvə görməyəcəyik».
XS
SM
MD
LG