Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:41

Bank dələduzlarının işində ümummilli «Əmi» faktoru


Rövnəq Abdullayev və Natiq Əliyev
Rövnəq Abdullayev və Natiq Əliyev
-
RÖVNƏQ ABDULLAYEV İNFORMASİYA AGENTLİKLƏRİNİ ÇÖKDÜRÜR

«Qafqazinfo»: Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə (SOCAR) report.az adlı yeni informasiya agentliyinin yaradılması prosesinə başlanılıb:

Etibarlı mənbənin «Qafqazinfo»ya verdiyi xəbərə görə, sayt artıq qeydiyyatdan keçib. Onun təsisçisi open.az portalının rəhbəri Məmməd Ələkbərovdur. Məlumata görə, M. Ələkbərovun yeni layihəsinə rəhbərlik edən şəxslər ölkənin aparıcı informasiya agentliklərinin əməkdaşlarına yüksək maaşlar vəd edərək yeni layihəyə cəlb etmək istəyirlər. Onlara vəzifədən asılı olaraq 3-5 min manat civarında əmək haqqı vəd olunur. Bildirilir ki, SOCAR bu layihə ilə hər hansı bağlılığını qəti şəkildə inkar etsə də, aparılan araşdırma bu məsələnin SOCAR-n inkar etdiyi kimi olmadığını üzə çıxıb. Belə ki, yeni layihənin əsas sponsoru SOCAR-ın məhsullarının xaricə satışını təşkil edən SOCAR Traiding SA şirkətinin rəhbəri Anar Əliyevdir. «Maraqlıdır ki, SOCAR öz yeni layihəsini artıq Azərbaycanın informasiya məkanında yer tutmuş və ictimai rəyə ciddi təsir göstərən bir neçə aparıcı informasiya agentliyinin kadr potensialı hesabına reallaşdırmağı hədəf götürüb. Bu isə həmin agentliklərin çökdürülməsi anlamına gəlir. O da bəllidir ki, bu agentliklər güclü hakimiyyət qruplarının himayəsindədir və SOCAR-ın bu həmləsi heç də nəticəsiz ötüşməyəcək».

«RUSİYA AZƏRBAYCAN ÜÇÜN BÖYÜK TƏHLÜKƏYƏ ÇEVRİLİB»
Qulu Məhərrəmli
Qulu Məhərrəmli
«Azadlıq» qəzeti siyasi şərhçi, professor Qulu Məhərrəmli ilə Ukrayna hadisələrinə dair müsahibə dərc edib.

«Əslində, Putin bu addımı ilə Rusiyanın da gələcəyini təhlükə altına qoyur. Qərb ekspertləri də gələcəkdə Rusiyanın parçalanacağını və onun ərazisində bir neçə dövlətin yaranacağını ehtimal edirlər. Bu, heç də əsassız ehtimal deyil, çünki hazırda Rusiya Federasiyasındakı 60-dan çox subyektin ən azı üçdə biri müstəqil olmağa, öz dövlətini yaratmağa iddialıdır. Rusiyanın mövcud durumu, iqtisadi vəziyyəti də imkan vermir ki, bu dövlət irimiqyaslı müharibə planlarını gerçəkləşdirsin, Ukraynanı işğal etsin. Aydın məsələdir ki, Putinin sərt davranışının öz məqsədləri var. O, ilk növbədə ölkəsindəki sosial-iqtisadi problemləri rus şovinizmindən qaynaqlanan imperiya qığılcımları, işğal faktı ilə ört-basdır etməyə çalışır. Bir ölkədə ki, 42 milyon işsiz ola, son 20 ildə təxminən 40 minə yaxın qəsəbə və kəndi boşalaraq yer üzündən silinə, 21 milyon əyyaş və 7 milyon bomju ola, belə ölkə Avropa ilə necə üz-üzə gələr, böyük hərbi planları necə gerçəkləşdirə bilər?»

BANK DƏLƏDUZLARININ HƏBSİNDƏ ÜMUMMİLLİ «ƏMİ» FAKTORU

«Yeni Müsavat» qəzeti «Bank Technique»yə 44 milyon «atan» dəstəni kimlərin himayə etməsindən yazır.

İki gün əvvəl Baş Prokurorluq bir məlumat yaydı. Məlumatda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iki nəfəri - «İnteralyans» MMC-nin təsisçisi Cavidan Hacıyevlə «Meridian Company» MMC-nin təsisçisi və direktoru Rauf Kərimovu həbs etməsindən bəhs olunurdu. Sənəddə bildirilirdi ki, hər iki şəxs eyni üsulla müxtəlif vaxtlarda «Bank Technique» ASC-yə qarşı üst-üstə 44 milyon manatlıq dələduzluq əməli törədiblər.
Arxiv foto
Arxiv foto
«Yeni Müsavat» araşdırma aparıb və Şimali Kipr Türk Cümhuriyyətində olan əməkdaşı belə bir məlumata çıxıb ki, hər iki şəxs soyadı «Əliyev» olan yaşlı bir şəxsi böyük miqdarda vəsaitlə aldadıb. Belə ki, şərti olaraq «Əmi» deyilən nüfuzlu və zəngin azərbaycanlı Şimali Kiprdə ərazi və otellər almaq üçün həmin şəxsləri tərəf-müqabil təyin edib. Lakin yekunda 10 milyonlarla funt-sterlinqi batıb. Kiprdəki mənbələr iddia edir ki, hər iki şəxs Azərbaycanın bir sıra önəmli və zəngin simalarına etibardan sui-istifadə etməklə, xeyli maddi zərərə uğratmışlar.

«SOYQIRIMI İNSANLIĞA QARŞI AMANSIZ CİNAYƏTDİR»

«Azərbaycan» qəzeti Baş prokurorun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin yazısını dərc edib:

«Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənmişdir... Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15000-ə yaxın istintaq hərəkəti aparılıb. O cümlədən 9000-ə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilib, 3000-dən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüqüqi varisi qismində tanınıb, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb. Müxtəlif təşkilatlara 2000-ə yaxın sorğu göndərilib...»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG