Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

Lavrovla Kerry görüşəcək


ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov (Arxiv foto)

ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov (Arxiv foto)

-
Bazar günü ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov Parisdə Ukrayna böhranını müzakirə edəcəklər. Şənbə günü Yaxın Şərqdən ölkəsinə qayıdan Kerry planını dəyişib və təyyarəsi Fransaya uçub.

Cümə günü axşam Prezident Barack Obama rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Obama Rusiyanı Ukraynanın şərq sahilindən əsgərlərini geri çəkməyə çağırıb.

Şənbə günü Lavrov Rusiya Televiziyasına deyib ki, Moskvanın Ukraynanın qoşun göndərmək niyyəti yoxdur, ancaq Rusiya Ukraynadakı rusların və rusdilli əhalinin hüquqlarını qorumağa hazırdır.

Şənbə günü Krım tatarlarının təmsilçiləri yarımadanın Rusiyaya anneksiyasını pisləyib, muxtar qrup kimi tanınmaq üçün beynəlxalq qurumlara müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG