Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland bazar günü Moldovaya gəlir. O, Moldova prezidenti Nicolae Timofti və baş nazir Lurie Leanca ilə görüşəcək.

Bundan əvvəl NATO-nun baş komandanı xəbərdarlıq edib ki, bu kiçik Şərqi Avropa ölkəsi Krımdan sonra Rusiyanın növbəti hədəfi ola bilər.

Moldovanın rusdilli bölgəsi olan Dnestryanı 1990-cı ildə Kişinyovdan ayrılaraq müstəqillik elan edib. Rumındilli Moldovanın qonşu Rumıniya ilə birləşə ehtimalı səbəb kimi göstərilib. 1992-ci ildə qısa müharibə Rusiyanın Dnestryanıya hərbi müdaxiləsi ilə başa çatıb. Rusiyanın hələ də bu bölgədə 1.400 əsgəri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG