Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Azərbaycanda hava kəskin pisləşib


Martın 30-dan Azərbaycanda hava kəskin pisləşib. Bakıya və bölgələrə yağıntı düşüb, bəzi yerlərə qar yağıb. Temperatur gecə və gündüz 1-4 dərəcə isti olacaq.

Sinoptiklər bazar günü gecə saatlarından başlayan yağışın bəzi ərazilərdə sulu qara keçəcəyini bildirmişdilər. Güclü şimal-qərb küləyi axşama doğru səngiyəcək.

Bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Bir günlük anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.

“Trend” agentliyinin məlumatına görə, hava şəraitinin kəskin dəyişməsinin səbəbi soyuq siklonun Skandinaviya üzərindən Qara dəniz rayonlarına doğru hərəkət etməsidir. Bu siklonlar buradan Cənubi Qafqaza doğru yönələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG