Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:13

Kamal Abdulla yeni vəzifədə - FOTO


Kamal Abdulla sağdan ikinci
Kamal Abdulla sağdan ikinci
-

Kamal Abdullaya onun qırğız dilinə tərcümə olunmuş romanının nüsxələri təqdim olunub.

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən çıxarılan yazıçı Kamal Abdulla təyin olunduğu millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində qırğızıstanlı qonaqları qəbul edib.

Qırğızıstan Respublikasının deputatı Kubanikbek T. Tumanov və başqalarını. Eləcə də Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədovu.

Onlar görüşə özləri ilə K.Abdullanın qırğız dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanını gətiriblər.

Roman Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyətləri İttifaqının sifarişi ilə işıq üzü görüb.

"Yarımçıq əlyazma" bir sıra başqa ölkələrdə də çap edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG