Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Krım tatarları muxtariyyət yaradırlar


Krım-tatar xalqının qurultayı - 29 mart 2014
Krım-tatar xalqının qurultayı - 29 mart 2014
-
Martın 29-da Baxçisarayda toplanan Krım-tatar xalqının qurultayı Krımda milli-ərazi muxtariyyətinin yaradılması haqda qərar qəbul edib.

Qurultay Krım tatarlarının tarixi vətənində öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi üçün BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatına, xarici ölkələrin parlament və hökumətlərinə müraciət ünvanlayıb.

Martın 16-da Krımda keçirilən referendumda, rəsmi məlumata əsasən, çoxluq muxtar respublikanın Rusiyaya birləşməsinə səs verib.

Krım tatarlarının çoxu səsvermədə iştirak etməyib.

Rəsmi Kiyev referendumu qanunsuz sayır.
XS
SM
MD
LG