Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:05

Balaxanıda icra başçısı ilə sakinlərin hay-küylü görüşü


Adil Vəliyev
Adil Vəliyev
-
Martın 29-da Balaxanı qəsəbəsi sakinləri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüş keçiriblər.

«Yeni Müsavat»ın məlumatına görə, qəsəbə sakinləri uzun müddətdən bəri həll olunmayan problemlərdən gileyləniblər. Onlar əsasən qəsəbənin yollarının bərbad halda olmasından, kanalizasiya xəttinin olmamasından və bəzi sənədləri almaq üçün onlardan rüşvət tələb edilməsindən şikayətləniblər.

İcra başçısı qaldırılan problemlərin qısa müddətdə həll olunacağına söz verib.

Sakinlər əsasən qəsəbə icra nümayəndəsi Fərhad Qurbanovdan şikayətçi olublar. İcra nümayəndəsinin onlardan rüşvət aldığını deyiblər:

«Fərhad Qurbanov özbaşına hərəkətlər edir. Çox adamdan onların sənədlərini həll etmək üçün pul istəyib. Bəzən də məcbur qalıb tələb etdiyi pulları vermişik. Başqa yolumuz yox idi. Amma artıq boğaza yığılmışıq. Hamımız ondan narazıyıq və dəyişdirilməsini istəyirik».

İcra başçısı Adil Vəliyev bu sözlərdən sonra Fərhad Qurbanovdan açıqlama tələb edib. O isə bu iddiaların yalan olduğunu bildirib.

– Bu iddialara nə cavab verəcəksən?

– Hamısı yalandır, böhtandır. Mən heç kəsdən pul tələb etməmişəm.
– Od olmayan yerdən tüstü çıxmaz. Mən bu məsələni araşdıraram.

Görüşün sonunda qəsəbə icra nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti olaraq qəsəbə sakini Bəybala Kərimov təyin edilib. İcra başçısı bildirib ki, Bəybala Kərimov 1 ay müddətində öz vəzifəsini layiqincə yerinə yetirərsə, yeni icra nümayəndəsi də o, olacaq. Bundan başqa, qəsəbə Ağsaqqallar Şurasının sədri də vəzifəsindən uzaqlaşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG