Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Rusiyaya səs verməyən ölkələr hədələnib?


BMT bayrağı
BMT bayrağı
-
Rusiya BMT Baş Assambleyasında Krımla bağlı Ukraynanın təqdim etdiyi qətnamədə Rusiyanın xeyrinə səs verməyən ölkələri hədələyib.

Bu barədə «Reuters»ə istinadən «Amerikanın Səsi» radiosu məlumat yayıb.

Məlumata görə, bunu adlarının anonim qalmasını istəyən BMT-dəki diplomatlar deyiblər.

Məlumata görə, Rusiya tərəfindən təzyiqlərə Moldova, Tacikistan və bəzi Afrika ölkələri məruz qalıblar. Diplomatların sözlərinə görə, Rusiyanın hədələri konkret xarakter daşımayıb. Belə aydın olub ki, səsvermədən razı qalmayan Rusiya əməkçi miqrantları ölkədən qovmaq, təbii qazın nəqlini dayandırmaq və iqtisadi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Rusiyanın BMT-dəki nümayəndəsi isə bəyan edib ki, «biz heç kimi hədələmirik, sadəcə vəziyyəti başa salırıq» .

Qırğızıstan, Tacikistan və o cümlədən Afrika ölkələrindən olan diplomatlar «Reuters»in bu məsələ ilə bağlı suallarını şərh etmək istəməyiblər.

Hər iki dövlət səsvermədə iştirak etməyib. Moldovanın BMT-dəki nümayəndəsi Vladimir Lupan hədələrlə bağlı müzakirələrdə iştirak etmədiyindən deyilənləri nə təsdiq, nə də təkzib etməyə hazır olduğunu bildirib.

Ruanda və Kot-d’İvuar nümayəndələri deyilənləri təkzib ediblər. Ölkələrdən biri səs vermədə bitərəf qalıb, digəri iştirak etməyib
XS
SM
MD
LG