Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36
-
Martın 30-u saat 4:00-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 17 mart 1997-ci il qərarına əsasən, hər il martın son bazar günü saat 4-də əqrəblər bir saat irəli çəkilir.

Hər il oktyabrın son bazar günü isə saat 5-də əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Əqrəblərin 1 saat geri və irəliyə çəkilməsində iqtisadi səmərə əsas götürülür. Psixoloqlar isə saatların əqrəbinin geri və ya irəli çəkilməsinin insanların sağlamlığına, əsasən də sinir sisteminə pis təsir etdiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG