Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

«Əslində Rusiya ilk hücumu Azərbaycana edib»


Foto: Arxiv
Foto: Arxiv
-
«Etibarsız tərəfdaş olan Rusiya hər zaman Azərbaycana arxadan zərbə vura bilər».

Politoloq Leyla Əliyeva «Bizim yol»a müsahibəsində belə deyir:

«Rusiya 2008-ci ildə Gürcüstana, indi də Ukraynaya hücum edib. Əslində Rusiya ilk hücumu bizə, Qarabağa edib. Qarabağ münaqişəsi başlayanda beynəlxalq təşkilatlar buna heç də düzgün yanaşmayıblar... Bu zaman beynəlxalq aləm dərhal məsələyə obyektiv qiymət verməli, Ermənistana və ona bu kampaniyada sıx dəstək verən Rusiyaya qarşı konkret sanksiyalar tətbiq edilməli idi. O zaman Ermənistan sakitcə, heç bir müqavimətlə üzləşmədən Azərbaycanın sərhədlərini pozdu, dünya buna susdu. Bu isə Rusiyaya başqa ölkələrin ərazilərinə soxulmaq üçün bir presedent oldu. Çünki Rusiya baxdı ki, beynəlxalq hüququn pozulmasına görə Ermənistana heç kim heç nə demədi...».

PUTİN-İN QILINC OYNATMASI...


«Ayna» qəzeti yazır ki, Putin-in qılınc oynatması, Rusiyadakı 42 milyon işsizi və 19 milyon alkoqolu xoşbəxt edəcəkmi?
Putin Hitler görkəmində
Putin Hitler görkəmində


Bundan başqa, yazıda Krımı özünə birləşdirməklə Rusiyanın özünün böhrana yuvarlandığı və tək qaldığı qeyd edilir:
«Putin-in hələlik ciddi müqavimətlə üzləşməyən davranışları adamlarda belə bir qənaət yaradır ki, sanki Hitler yenidən xortlayıb. Amma bəzi psixi pozuntularının oxşarlıqlarına baxmayaraq, siyasi mübarizələrdən keçmiş Hitler-i cığal Putin-lə müqayisə etmək olmaz. Heç mitili çıxmış indiki Rusiyanı 30-cu illərin sonundakı sənayeləşmiş Almaniyaya da bənzətmək doğru deyil. Hitler müharibəyə başlayarkən, heç olmasa, İtaliya və Yaponiya ilə müttəfiqliyə istinad edirdi. Rusiya isə Krımı işğal etməklə tam təcrid vəziyyətə düşüb, hətta Çin də bu məsələdə onu dəstəkləmir...».
Dağlıq Qarabağda erməni hərbçilər
Dağlıq Qarabağda erməni hərbçilər
AZƏRBAYCANIN ƏLİNƏ DÜŞƏN QIZIL FÜRSƏT

«Azadlıq» qəzeti indiki məqamda Dağlıq Qarabağ məsələsində mövqelərini möhkəmləndirmək üçün Azərbaycanın əlinə qızıl fürsət düşdüyünü yazır. Qəzet hesab edir ki, bu məqamda Azərbaycan diplomatiyası aktiv fəaliyyətə keçməlidir:
«Bu gün bütün Qərb dünyası ilə açıq qarşıdurmada olan Rusiyanı Ermənistanın dəstəkləməsi beynəlxalq aləmdə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərini möhkəmləndirə bilər. Qərblə münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmalı və Qarabağ probleminin ədalətli həlli üçün daha böyük səylər göstərilməlidir...».

PRİNSİPİAL MÖVQE...

«Azərbaycan» qəzeti nüvə təhlükəsizliyi ilə bağlı məsələdə prezident İlham Əliyevin Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdiyini yazır.
İlham Əliyev
İlham Əliyev
Qəzet Azərbaycanın bu mövqeyinin beynəlxalq birlik tərəfindən də təqdir olunduğunu vurğulayır. Bundan başqa yazıda xarici siyasətdə Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya kursu götürdüyü qeyd edilir:

«...Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür...».

ƏQRƏBLƏRİN YERDƏYİŞMƏSİ ENERJİYƏ 5 FAİZ QƏNAƏTDİR

«Əqrəblərin çəkilməsi enerji sərfini 5 faiz azaldır». İqtisadçı-ekspert Vüqar Bayramov bu fikirdədir.

Media forum saytına müsahibəsində iqtisadçı fikirlərini belə əsaslandırır:

«Əvvəla, yay vaxtına keçəndə iş başladığı andan bitənə qədər hava işıqlı olduğundan enerjiyə qənaət edilir. Hesablamalar göstərir ki, enerji sərfi 5 faiz azalır...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG