Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:28

Obama və Putin Ukraynanın gələcəyini müzakirə edirlər


Putin və Obama
Putin və Obama
-
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı böhranın aradan qaldırılması ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etmək üçün Barack Obama-ya zəng edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Telefon söhbəti zamanı Obama təqdim olunan təkliflərə Rusiyanın yazılı cavab verməsini istəyib.

Prezidentlər belə qərara qəliblər ki, iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri – J.Kerry ilə S.Lavrov gələcək addımları müzakirə etsinlər və bu barədə onları məlumatlandırsınlar.

Prezident Obama Rusiyanı Ukraynada konstitusiya islahatlarını müdafiə etməyə, təxribatlardan, o cümlədən Ukrayna sərhədinə hərbi güc yığmaqdan qaçmağa çağırıb.

Obama deyib ki, Amerika böhranın diplomatik yolla həllinin tərəfdarıdır və bu yolda Ukrayna hakimiyyətini, Ukrayna xalqını müdafiə edir.

Amerika lideri bir daha təkrar edib ki, ABŞ Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı Rusiyanın atdığı addımlara qarşı çıxır.

Məlumata görə, telefon danışığı zamanı Putin Obama-nın diqqətini Ukraynada ekstremistlərin azğınlığına, dinc əhalinin qorxudulmasına, hakimiyyət strukturlarının, hüquq-mühafizə orqanlarının bunun qarşısını almamasına yönəldib.
XS
SM
MD
LG