Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Ukrayna Krımın suyunu kəsməyəcək


Sevastopolda rus bayrağı
Sevastopolda rus bayrağı
Ukrayna hökuməti bildirib ki, Rusiyanın anneksiya etdiyi Krımın su təchizatını dayandırmayacaq.

Amma icra strukturlarına tapşırılıb ki, Krımdakı müəssisələrin sudan istifadəyə görə ödənişləri ilə bağlı mexanizm yaradılsın.

Krım suya olan tələbatının 80-85 faizini kənardan təmin edir.

Əsasən də Şimali Krım kanalından.

Krım Ukraynanın mərkəzi hökumətindən həm də elektrik enerjisi sahəsində asılıdır. Ukraynanın müvafiq strukturları artıq yarımadaya verdikləri işığı 50 faiz azaldıblar.

Simferopolun bir neçə rayonu işıqsız qalıb.

Rusiyanın baş naziri Medvedev isə deyib ki, Krımın işıq problemini tezliklə həll edəcəklər.
XS
SM
MD
LG