Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:07

Kabildə QHT-yə hücum edənlərin hamısı zərərsizləşdirildi


Əfqanıstanın təhlükəsizlik qüvvələri binanı mühasirəyə alandan sonra bir neçə əcnəbini evakuasiya edə biliblər. 28 mart , 2014
Əfqanıstanın təhlükəsizlik qüvvələri binanı mühasirəyə alandan sonra bir neçə əcnəbini evakuasiya edə biliblər. 28 mart , 2014
Əfqan polisi bildirir ki, Kabildə Amerikanın maliyyələşdiridiyi QHT-nin yerləşdiyi binaya hücum edənlərin hamısı zərərsizləşdirilib.

Hücum edənlər ilk olaraq bina qarşısında bomba qoyulmuş maşın partladıblar. Bunun nəticəsində binanı qoruyan iki mühafizəçi yaralanıb və yoldan ötən bir uşaq həlak olub.

Bundan sonra binaya 5 yaraqlı daxil olub.

Əfqanıstanın təhlükəsizlik qüvvələri binanı mühasirəyə alandan sonra bir neçə əcnəbini evakuasiya edə biliblər. İçəridəki yaraqlılardan 4-ü özünü partladıb.

ABŞ-ın Əfqanıstandakı səfirliyi “məqsədi yalnız əfqan xalqına kömək etmək olan QHT-yə” hücumu pisləyib.

"Roots of Peace" adlanan QHT 2003-cü ildən Əfqanıstanda çalışır, minalı əraziləri təmizləyib üzümlüklərə və bağlara çevirir.
XS
SM
MD
LG