Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Seçkidə Erdoğan səsini itirdi


-
Erdoganın səsi batdığına görə, seçki mitinqlərində iştirakını dayandırır. Bu xəbəri cümə günü baş nazirin seçki qərargahı verib.

Bir gün qabaq Erdoganın mitinqdəki səsi nümayiş iştirakçılarının gülüşünə səbəb olmuşdu.

Diyarbəkirdə isə Erdoğanın tərəfdarları şüar qaldırıblar ki, “sən öz səsini bizə qurban verdin, biz də öz canımızı sənə qurban veririk”.

Bazar günü Türkiyədə bələdiyyə seçkiləridir.

Bələdiyyə seçkiləri ilə Türkiyədə 15 aylıq seçki mərhələsi başlanır. Yayda prezident seçkiləridir, gələn il isə parlament seçkiləri.

Bazar günü keçirilən bələdiyyə seçkiləri hakim AK partiya üçün sınaq olacaq.

Seçkilərin əhəmiyyəti o qədər böyükdür ki, seçki kampaniyasında son həftələrdə baş nazir Erdoğan 60-dan çox mitinqdə şəxsən iştirak edib.

İSTANBULUN QƏRARI TÜRKİYƏNİN QƏRARIDIR

Bələdiyyə seçkilərində hamının diqqəti İstanbul bələdiyyə başkanı seçkilərindədir.

Türkiyənin populyarlığına görə 3-cü siyasətçisi olan müxalifətçi Mustafa Sarıgül deyir: “Ertdoğan yaxşı başa düşür ki, İstanbul seçkilərini uduzmaq onun üçün dağıdıcı olacaq”.

İstanbulda mer seçkisinin başqa vacib tərəfi isə Mustafa Sarıgülün fikrincə ondadır ki, “İstanbul verdiyi qərar sonda Türkiyənin verəcəyi qərardır”
Mustafa Sarigül
Mustafa Sarigül

Sarıgül: “Erdoğan bilir ki, biz İstanbulu götürsək, o və onun kampaniyası təhlükə altına düşəcək”.

İstanbulun orta təbəqə yaşadığı Şişli bölgəsinin bələdiyyə başkanı olan Mustafa Sarıgül müxalifətin CHP partiyasındandır və İstanbul seçkilərini udmağa ən real namizəddir.

TWITTER, İNDİ DƏ YOUTUBE

Erdoğan hökuməti isə deyəsən, doğrudan da ehtiyat edir. Erdoğan Twitteri qadağan edib, düzdür, məhkəmə bu qadğanı martın 26-da qanunsuz saydı, ancaq hələ də bilinmir ki, Twitter həqiqətən blok olunmur.

Martın 27-də isə Erdoğan hökuməti Youtube-u qadağan etdi. Buna səbəb Türkiyənin təhlükəsizlik şurasında Suriyaya hərbi zərbənin müzakirəsinin Youtube-da yayılması oldu.

Erdoğan bu müzakirənin Youtube-da yayılmasını “mənəviyyatsızlıq” adlandırıb.
İstnabulda kafedə martın 27-də Youtube-a daxil olmağa cəhd edirlər
İstnabulda kafedə martın 27-də Youtube-a daxil olmağa cəhd edirlər


Sıravi vətəndaşlar nə deyir?

İstanbulun Kasımpaşa bölgəsində 75 yaşlı pensiyaçı, küçədə xırda alver edən Naci Koçan deyir ki, Erdoğan islamçı partioyasının 11 illik hakimiyyəti dövründə onun rifahı yaxşılaşıb.

O, son vaxtlar Erdoğanın öz oğlu ilə telefon danışığının yazıldığı iddia olunan audionun yayılmasından sonra Erdoğan hakimiyyətinin rüşvətxorluqda ittiham olunmasını düzgün saymır.

“AKP korrupsiyanı və rüşvəti yığışdırdı. Mən inanmıram ki, burda Kasımpaşada kimsə bu yalanlara inansın. Bunlar Ak partiyanı gözdən salmaq üçündür. İnsanlar həqiqətə səs verəcək”.

HÖKUMƏT HAQDA 2 FİKİR

Vaşinqton İnstitutunda Türkiyə Araşdırmaları Proqramının direktoru Soner Cagaptay deyir: “Türkiyədə hökumətin təbiəti haqda iki fikir var. Birincisi odur ki, Erdoğan avtoritar liderdir. Hətta diktatordur. İkinci fikir odur ki, beynəlxalq aləm Türkiyənin demokratik seçilmiş baş nazirini yıxmaq istəyir”.

Cagaptay şübhə etmir ki, Erdoğanın hakim partiyası martın 30-dakı bələdiyyə seçkilərində Türkiyə şəhərlərində ümumilikdə qalib gələcək.

Əsas odur ki, AK partiya hansı üstünlüklə qalib gələcək. Cagaptayın fikrincə, əgər AK partiya bələdiyyələrin 45 faizində qalib gəlsə, bu, hakim partiyanın mövqeyini gücləndirəcək. Yox, əgər bu, 40 faizdən az olsa və İstanbul və ya Ankara bələdiyyələrində seçki uduzulsa, onda bu, hakim partiyanın mövqeyini xeyli zəiflədəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG